Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini barəsində yeni cinayət işi açıldı

Ermənistan Prokurorluğu Baş Qərargah rəisinin keçmiş müavini Haykaz Baqmanyana qarşı yeni cinayət işi açıb.

Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bildirilir ki, general indi 600 min dolların yuyulmasında ittiham olunur. Ötən ilin əvvəlindən o, əmlakını və külli miqdarda gəlirlərini gizlətməkdə, habelə qanunsuz yollarla varlanmaqda ittiham olunurdu.

Qeyd edək ki, Baqramyan 2018-ci ilin martından 2020-ci ilin dekabrına qədər həm də KTMT-nin Birləşmiş Qərargah rəisinin müavini olub.

0.082363843917847