“Zaqreb Open”: Azərbaycan millisinin üç güləşçisi medal qazana bilməyib

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.

hakimiyyet.az-ın məlumatına görə, bu gün sərbəst güləşçilər çıxışlarını başa vurub, qadınlar isə mübarizəyə başlayıblar.

Azərbaycan millisinin daha iki sərbəst güləşçisi xalça üzərinə çıxıb. 125 kq çəkidə çıxış edən Georgi Meşvildişvili və Vaxit Qalayev uğursuz nəticə ilə yadda qalıblar.

Qadınların yarışında isə Gültəkin Şirinova (55 kq) 1/4 finalda rəqibinə məğlub olaraq mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, ötən gün çıxış edən yeddi sərbəst güləşçidən üçü - Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc medal qazanıblar.

0.069143056869507