Culiya Roberts cazibədarlığının sirrini açıqladı - FOTO

Amerikalı aktrisa və prodüser Culiya Roberts gözəlliyinin sirrini açıqlayıb.

56 yaşlı ulduzun sözlərinə görə, gənc görünməyinə yaxşı irsiyyət kömək edir. Ancaq, cəlbediciliyinin əsas sirri əri ilə xoşbəxt həyatıdır.

“Yaxşı genlər, həyatdan məmnunluq. Mən bunu adətən zarafat kimi deyirəm. Amma yaxşı insanın sevgisinə inanıram. Ərimin məni sevdiyinə əminəm, o, mənə elə qayğı göstərir ki, özümü çox xoşbəxt hiss edirəm. Əgər kimsə xoşbəxtdirsə, artıq onun neçə yaşında olmasının əhəmiyyəti qalmır”, - deyə Hollivud ulduzu vurğulayıb.

Qeyd edək ki, Roberts 21 ildir kinematoqraf Daniel Moderlə evlidir.

Mənbə: Lenta.ru

0.094050884246826