Azərbaycan şahmatçısı İddiaçılar Turnirində iştirak edəcək

Azərbaycan şahmatçısı Nicat Abasov İddiaçılar Turnirində iştirak edəcək.

Bu barədə Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytında məlumat yayılıb.

Norveçli qrosmeyster Maqnus Karlsen FIDE-yə məktub göndərərək İddiaçılar Turnirinə qatılmayacağını təsdiqləyib. Onun əvəzinə yarışa vəsiqə Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan N.Abasova verilib.

Qeyd edək ki, İddiaçılar Turniri bu ilin aprelində Kanadanın Toronto şəhərində keçiriləcək. Turnirin qalibi Şahmat Tacı uğrunda görüşdə hazırkı dünya çempionu Din Lirenlə (Çin) qarşılaşacaq.

0.1010799407959