Lionel Messi FİFA tərəfindən ilin futbolçusu seçilib

Argentinalı hücumçu, “İnter Mayami”nin futbolçusu Lionel Messi FİFA tərəfindən ilin ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

PSJ-nin fransalı hücumçusu Kilian Mbappe və “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holand da bu kateqoriya üzrə finalçı olublar.

Xatırladaq ki, Messi 2023-cü ildə karyerasında səkkizinci dəfə “Qızıl top”u qazanıb. O, həmçinin ötən ildə ilin ən yaxşısı seçilib.

Mənbə: championat.com

0.075824975967407