Pensiyaların artırılması nə qədər insana şamil ediləcək? - AÇIQLAMA

“Fevral ayında pensiya indeksləşdirilməsi 1 milyon 100 min şəxsə şamil ediləcək”. 

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında hakimiyyet.az-ın sualını cavablayarkən bildirib. 

O qeyd edib ki, pensiya məbləğinin neçə manat artacağı hələlik məlum deyil:

"Bu, Dövlət Statistika Komitəsinin təqdim edəcəyi məlumata uyğun olaraq aparılacaq”.

İlhamə Əbülfət

0.064527034759521