Konfetin içindən qurd çıxdı - VİDEO

Bakıda istehsal olunan konfetin içindən qurd çıxıb.

hakimiyyet.az-ın məlumatına görə, sakinlərdən biri mağazadan konfet alıb.

Evə apardıqda isə konfetlərin qurdlu olduğunu görüb.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxladıq.

AQTA-dan hakimiyyet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, fakt qurum tərəfindən nəzarətə götürülüb:

“Aparılan araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.

İlhamə Əbülfət

0.20720791816711