“Sumqayıt” Türkiyədə ikinci yoxlama oyununda qalib gəlib

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” ikinci yoxlama oyununda qalib gəlib.

hakimiyyet.az-ın məlumatına görə, Samir Abasovun baş məşqçisi olduğu kollektiv Özbəkistan təmsilçisi “Soqdiana”nı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “gənclik şəhəri” təmsilçisi ilk matçda Rumıniyanın “Hermanştadt” klubuna uduzub - 0:3.

0.088365077972412