Cəlilabadda gün ərzində dörd nəfər buzlu yolda yıxılaraq travma alıb

Cəlilabad rayonunda gün ərzində dörd sakin buzlu yolda yıxılaraq travma alıb.

“Report”un məlumatına görə, faktlar müxtəlif ünvanlarda qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Ə.Həşimova başın ənsə nahiyəsinin küt travması, 1965-ci il təvəllüdlü V.Tarverdiyeva sağ tərəfli mil tipik yerdəyişmiş sınığı, 1975-ci il təvəllüdlü A.İsgəndərov daban sümüyünün sınığı və 2005-ci il təvəllüdlü A.Əzizov sol əlin sınığı xəsarətləri ilə rayon xəstəxanasına müraciət ediblər.

Onların hər birinə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.

0.086148977279663