“Karvan” növbəti transferini reallaşdırdı

“Karvan” daha bir futbolçunun transferini həll edib. Mərkəz müdafiəçisi Xəyal Əmirli bundan sonra Yevlax klubunun şərəfini qoruyacaq. 

hakimiyyet.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 

Bu, I Liqa klubunun son günlər reallaşdırdığı üçüncü transferdir. Xəyal 2023-cü ilin sentyabrından “Ağdaş”da forma geyinib. 

Əmirli daha öncə “Qəbələ”, “Zaqatala” və “Qaradağ Lökbatan” klublarının da şərəfini qoruyub.

0.076854944229126