Blinkenin təyyarəsində ciddi nasazlıq yarandı

ABŞ-nin dövlət katibi Antoni Blinken təyyarəsində ciddi nasazlıq səbəbindən planlaşdırıldığı kimi Dünya İqtisadi Forumunun (WEF) keçirildiyi Davosdan geri qayıda bilməyib.

Məlumata görə, Blinken və onu müşayiət edən heyəti sonradan “Boeing 737” təyyarəsi ilə uçuşunu davam etmək üçün Davosdan helikopterlə uçublar, lakin uçuşdan əvvəl oksigen sızması aşkar edildiyi üçün təyyarənin uçuş üçün təhlükəli hesab edildiyi məlum olub.

Daha sonra Brüsseldən daha kiçik bir təyyarə göndərilib və dövlət katibi ABŞ-yə qayıda bilib.

Qeyd edək ki, onu müşayiət edən heyət kommersiya reysləri ilə ölkəsinə geri qayıtmağa məcbur olub.

Mənbə: Bloomberg

0.074458122253418