FHN rəsmisi: “Sumqayıtda yanğın baş verən binada soyutma işləri davam etdirilir”

“Yanğın binanın dam örtüyünü əhatə edib və ikinci mərtəbədəki mənzillərə ziyan dəyib”.

Oxu Az xəbər verir ki, bunu Sumqayıt şəhər yanğından mühafizə İdarəsinin rəisi polkovnik Mirfuad Mahmudov deyib.

O bildirib ki, yanğın barədə məlumat axşam saat 22:48 radələrindən 112 qaynar xəttə Sumqayıt dövlət texniki kollecində yanğın olması barədə məlumat daxil olub:

“Dərhal əraziyə canlı qüvvə və texnika cəlb edilib. İlkin olaraq binadakı sakinlər təxliyə edilib. Xəsarət alan olmayıb. Dam örtüyünün sahəsi təqribən 200-300 kvadratmetr civarındadır. Bu ilkin məlumatdır. Sumqayıt şəhər yanğından mühafizə İdarəsinin və Sumqayıt regional mərkəzin qüvvələri tərəfindən ərazidə yanğın söndürülüb. Soyutma işləri davam etdirilir”.

Könül Cəfərli

0.075127840042114