Mütəxəssis hansı idmandan əvvəl nə yemək lazım olduğunu açıqladı - FOTO

Qaçışdan əvvəl karbohidratlı, güc məşqlərindən əvvəl proteinli qidalar məsləhətdir, yüksək intensivlikli məşqdən əvvəl isə, ümumiyyətlə, heç nə yeməmək daha yaxşıdır.

Bu barədə amerikalı diyetoloq Lesli Bonçi deyib müxtəlif növ məşqlərdən əvvəl istehlak qaydaları barədə danışarkən bildirib.

Diyetoloqun sözlərinə görə, ümumiyyətlə, dolu mədə ilə idman etmək reflüks, hıçqırıq və ürəkbulanma kimi bəzi narahatlıqlara səbəb ola bilər:

“Bununla belə, məşqdən əvvəl, ümumiyyətlə, yemək yeməmək də məsləhət görülmür - bu, məşqləri yerinə yetirmək üçün lazım olan enerji ehtiyatlarının sürətlə tükənməsinə səbəb ola bilər. Qaçış kimi kardio məşqlərindən əvvəl karbohidratlarla zəngin kiçik qəlyanaltılar yemək məsləhətdir. Bunlara müsli batonları və səhər yeməyi üçün quru taxıl sıyıqları daxildir. Məşqdən qısa müddət əvvəl banan da yemək olar”.

Güc təlimini daha effektiv yerinə yetirmək üçün isə mütəxəssis başqa bir komponentin - proteinin tələb olunduğunu bildirib.

“Çox böyük porsiya məsləhət görülmür - səkkiz unsiya (200 qramdan bir az çox) qatıq əzələ böyüməsini stimullaşdırmaq üçün kifayət edər”, - deyə o əlavə edib.

Bonçi üzgüçülərə bir yeməkdə həm zülal, həm də karbohidrat qəbul etməyi məsləhət görür.

“Yaxşı seçim, iki yumurta və bir az pendirlə kiçik bir sendviçdir”.

Mütəxəssis yüksəkintensivlikli intervallı məşqdən əvvəl (bu məşqə qaçış, press, tullanma və s. kimi müxtəlif məşqlər daxil ola bilər) isə heç nə yeməməyi məsləhət görür. Onun sözlərinə görə, bu, məşq zamanı ağırlıq və ürəkbulanma hisslərinin qarşısını almağa kömək edəcək.

Mənbə: Gazeta.ru

0.16448497772217