Professor şəkərlə bağlı miflərə son qoydu - FOTO

“Şəkərdən tamamilə imtina etməyə ehtiyac yoxdur”.

Bu barədə Harvard Universitetinin qidalanma və epidemiologiya professoru Frenk Hu bildirib.

O, şəkərin müxtəlif növləri haqqında danışıb və şirniyyatdan tamamilə imtina etməyin faydalarını şübhə altına alıb.

“Bütün şəkərlər eyni deyil. Daha sağlam pəhriz üçün, qidalarda olan şəkərin qəbulunu minimuma endirmək lazımdır”, - deyə professor bildirib.

Li əlavə edib ki, bal, aqave nektarı və ya ağcaqayın siropu təbii şəkərlər hesab edildiyi kimi tamamilə təhlükəsiz deyil:

“Onların əsas üstünlüyü tərkiblərində antioksidantların və faydalı maddələrin olmasıdır. Lakin çox istehlak edilərsə, adi şəkərlə eyni nəticələrə gətirir”.

Dietoloq nisbətən sağlam şirniyyatın meyvələr olduğunu bildirib, çünki onlar qan qlükozasında güclü sıçrayışlara səbəb olmur.

Professor əmindir ki, şirniyyatın zərərinə baxmayaraq, şəkərdən tamamilə imtina etmək də faydalı deyil. Çünki şəkəri tam aradan qaldırmaq üçün karbohidratlardan da imtina edilməlidir, onlar isə enerji üçün vacibdir.

“Şəkərin zərərli olduğunu düşünməməlisiniz. Problem şəkər deyil, istehlak edilən şəkərin miqdarıdır”, - deyə professor sözlərini yekunlaşdırıb.

Mənbə: Lenta.ru

0.090335130691528