Goranboyda sükan arxasında halı pisləşən türkiyəli sürücü qəza törədib

Goranboy rayonunun Boluslu kəndi ərazisində Türkiyə vətəndaşı, 1974-cü il təvəllüdlü Cem Yaradılmış avtomobil idarə edən zaman anidən halı pisləşib və qəza törədib.

“Report”un Qərb bürosunun məlumatına görə, nəticədə onun nəqliyyat vasitəsi başqa avtomobillə toqquşub.

Yüngül xəsarət alan C.Yaradılmış xəstəxanaya çatdırılıb. Onun qıcolma səbəbindən səhhəti pisləşdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

0.071162939071655