Bakının mərkəzində “Uzaq sahillərdə” filmində çəkilən göl çirkləndirilir - VİDEO

Yasamal rayon ərazisində, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün yavaş-yavaş quruduğu iddia edilir.

Xezerxeber.az xəbər verir ki, su hövzəsinin ətrafı məişət tullantıları ilə çirkləndirilir.

Ərazidə vaxtilə daş karxanası var imiş. Sonrada gölün yaranması nəticəsində karxananın fəaliyyəti mümkünsüz olub.

Sakinlər gölün ətrafında istirahət zonasının yaradılmasını arzulayırlar.

Uzun illərdir yaxınlıqda yaşayan Hafiz Ramazanov deyir ki, Azərbaycan kinosunun incilərindən olan “Uzaq Sahillərdə” filmindəki səhnələrdən biri sözügedən gölün ətrafında çəkilib.

Məsələyə Yasamal rayon İcra Hakimiyyətindən münasibət bildirilib.  

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

0.12003803253174