Messi və Di Mariya Olimpiya Oyunları arzusunda

ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi və Portuqaliya “Benfika”sının yarımmüdafiəçisi Anxel Di Maria 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında oynamaq istəyirlər.

Məlumata görə, Argentina Futbol Federasiyası futbolçuların milli komandanın tərkibində Parisdə ola bilməsi üçün müvafiq addımlar üzərində işləyir.

Məşqçilər korpusu hər iki futbolçunu Argentina U23 millisinin yoldaşlıq oyunları keçirə biləcəyi Asiya turuna çağırmağı planlaşdırır.

Həmçinin bildirilir ki, Lionel Messi və Anxel Di Maria gənclər komandası ilə məşqdə iştirak edə biləcəklər.

Qeyd edək ki, hər iki oyunçu artıq 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Mənbə: championat.com

0.21779084205627