PSJ dörd qolla Fransa Kubokunun 1/8 finalına yüksəldi - VİDEO

Fransa Kubokunun 1/16 final mərhələsində üçüncü divizionu təmsil edən “Orlean” PSJ ilə qarşılaşıb.

İlk hissənin 16-cı dəqiqəsində Kilian Mbappe matçda hesabı açaraq PSJ-ni önə çıxarıb. 63-cü dəqiqədə Mbappe penaltini dəqiq yerinə yetirərək dubla imza atıb. 73-cü dəqiqədə Qonsalo Ramos hesabı daha da artırıb. 86-cı dəqiqədə Nikolas Sen-Ruf vurulan qollardan birinin əvəzini çıxıb. 88-ci dəqiqədə isə Mbappenin ötürməsindən PSJ-nin dördüncü qolunu vuran Senni Maylu matçın yekun hesabını müəyyən edib - 4:1.

Beləliklə, PSJ Fransa kubokunun 1/8 finalına yüksəlib, “Orlean” isə cari yarışda iştirakını dayandırıb.

 

0.082791090011597