Meladze konsertlərini təxirə saldı - VİDEO

Rusiyalı müğənni və bəstəkar Valeri Meladze konsertlərinin təxirə salındığını açıqlayıb.

Məlumata görə, ifaçının atası vəfat edib.

Sənətçi bu barədə yanvarın 20-də sosial şəbəkələrdə yaydığı videoda danışıb.

O izah edib ki, Almatıdakı konsertləri yanvarın sonundan fevralın əvvəlinə təxirə salınıb.

Qeyd edək ki, Meladzenin atası 90 yaşlı Şota təxminən bir ay əvvəl koronavirus ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilib. O, reanimasiyada ikən ölüb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by hakimiyyet.az (@oxuaz)

 

0.077705144882202