“İl-76” təyyarəsinin qəzaya uğradığı yerdə raket parçaları tapılıb

Rusiyanın Belqorod vilayətində “İl-76”nın qəzaya uğradığı yerdə raketin fraqmentləri tapılıb. Bu barədə əməliyyat xidmətləri məlumat yayıb.

“Yerdə təyyarəyə xarici zərbəni təsdiqləyən elementlər tapılıb. Onlar ekspertizaya göndəriləcək”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, hazırda hərbçilər, müstəntiqlər və kriminoloqlar təyyarənin qəzaya uğradığı yerdə metal konstruksiyaları axtarırlar. Onlar diqqətlə toplanır və təhlil edilir.

Mənbə: lenta.ru

0.1357250213623