Keyt Middltona uşaqları ilə görüşmək qadağan edildi - FOTO

Kembric hersoqinyası Keyt Middltonun qarın boşluğunda keçirdiyi əməliyyatdan sonra reabilitasiya zamanı uşaqlarının ona baş çəkməsinə icazə verilmir.

Middltonu Londonun özəl klinikasında yalnız əri şahzadə Uilyam ziyarət edir. Bununla belə, cütlüyün üç övladının - şahzadə Corc, şahzadə Şarlotta və şahzadə Luiyə anaları ilə görüşməsinə icazə verilmir, onlar yalnız onlayn ünsiyyət qururlar.

Xatırladaq ki, sonuncu dəfə Uels ailəsi 25 dekabr 2023-cü ildə Milad mərasimində ictimaiyyət qarşısına çıxıb.

Görünür, Keyti ​​görməyə qadağalar həkimlərin tövsiyələri ilə bağlıdır.

Mənbə: Cosmopolitan

0.065403938293457