Yaponiyanın SLIM zondu Aya endikdən sonra aşıb

Yaponiyanın JAXA Aerokosmik Kəşfiyyat Agentliyi Ayda “Smart Lander for Investigating Moon” (SLIM) modulunun ilk fotosunu nümayiş etdirib.

Fotoşəkil SLIM gəmisində Aya gələn kiçik robot “LEV-“2 tərəfindən çəkilib.

Məlumata görə, SLIM enişdən sonra çevrilib və başıaşağı vəziyyətdə qalıb. Lakin o, fövqəladə dəqiqlik nümayiş etdirərək, nəzərdə tutulan hədəfdən cəmi 55 metr aralıda Aya enməyi bacarıb. Modul peykin görünən tərəfində Siori kraterinin yaxınlığında yerləşir.

Mənbə: gazeta.ru

0.082215070724487