Bakıda avtomobilin mühərrikini oğurlayan şəxs saxlanılıb

Bakıda avtomobilin mühərrikini oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarına daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə Biləcəri qəsəbəsi ərazisində yerləşən avtoservislərin birində “Mercedes-Benz” markalı avtomobilin 2500 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Orxan Quliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0.10851097106934