“Qarabağ”ın hücumçusu zədələnib

“Qarabağ” klubunun futbolçusu Redon Cica zədələnib.

hakimiyyet.az xəbər verir ki, 25 yaşlı hücumçu “Kəpəz”ə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XX tur oyununda sıradan çıxıb.

Albaniyalı oyunçu əzələsini dartıb. Onu 63-cü dəqiqədə Olavio Juninyo əvəzləyib.

Qeyd edək ki, hazırda görüşdə “Kəpəz” 1:0 hesabı ilə öndədir.

0.073594093322754