Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - YENİLƏNİB + FOTO/VİDEO

Qərb rayonlarından başlayaraq ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə sulu qar, qar yağır.

Bu barədə yanvarın 27-si saat 21:00-a olan məlumatına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bildirib.

Gəncə, Şəmkir, Tovuz, Ceyrançöl, Goranboy, Gədəbəy, Göygöl, Daşkəsən, Kəlbəcər, Laçın, Naxçıvan, Şahbuz, Zaqatala, Şəki, Qax, Zaqatala, Şahdağ, Xaltan, Quba, Biləsuvarda qar yağır.

Naftalan, Bərdə, Ağdam, Tərtər, Ağsu, İmişli, Kürdəmir, Yevlax, Sabirabad, Mingəçevir, Balakən, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Qobustan, Neftçala, Zərdab, Göyçay, Quba, Xaçmaz, Şabran, Bakı və Abşeron yarımadasında isə yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 2-9 dərəcə şaxta, dağlıq rayonlarda isə 5 dərəcəyədək şaxtadır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 30-u gündüzədək davam edəcək.

19:45

Gəncə, Şəmkir, Göygöl, Gədəbəy, Ceyrançöl, Tovuzda qar yağır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 27-si saat 19:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi qərb rayonlarından başlayaraq ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

15:53

Qax, Kəlbəcər, Şəmkir, Şəki, Biləsuvar, Şahdağ, Goranboyda qar yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 27-si saat 15:00-a olan məlumata əsasən, Naftalan, Gəncə, Zaqatala, Bərdə, Ağdam, Tərtər, Cəfərxan, Balakən, Ağsu, İmişli, Sabirabad, Mingəçevir, Şamaxı, Qobustan, Yevlax, Zərdab, Xaçmaz, Qəbələ, Oğuz, Göyçay, Bakıda və Abşeron yarımadasında da səhər saatlarında arabir yağış yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 2-9 şaxta, aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta olub.

0.098222970962524