Liverpul şəhərinin mərkəzində güclü yanğın olub - VİDEO

Böyük Britaniyanın Liverpul şəhərinin mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Qeyd olunur ki, güclü yanğından sonra binada çökmə əlamətləri qeydə alınıb. Binanın bütün sakinləri təxliyə ediliblər.

Hələlik yanğının hansı səbəbdən meydana gəldiyi barədə məlumat verilmir.

Mənbə: Uk.news

0.075852870941162