Kloppun gedişindən sonra üç məşhur futbolçu “Liverpul”u tərk edə bilər

“Liverpul”un baş məşqçisi Yurgen Klopp cari mövsüm başa çatdıqdan sonra İngiltərə klubunu tərk etdiyini açıqlayıb.

Məlumata görə, almanın ardınca Mersisayd komandasını birdən-birə üç aparıcı futbolçu tərk edə bilər.

Söhbət müdafiəçilər Vircil van Deyk və Trent Aleksander-Arnold, eləcə də hücumçu Məhəmməd Salahdan gedir. Futbolçuların müqavilələri 2025-ci ildə başa çatır.

Bildirilir ki, baş məşqçi gedəndən sonra hər üçü istədiyi vaxt müqaviləni yeniləməkdən imtina edə və klubu tərk edə bilər.

Mənbə: championat.com

0.11176705360413