İmişlidə 29 yaşlı kişi göldə boğulub

İmişlidə 29 yaşlı kişi göldə boğulub.

APA-nın məlumatına görə, İmişli şəhər sakini, 1995-ci il təvəllüdlü Elşad Şükür oğlu Aslanov Ağ göl adlanan ərazidə qayığın aşması nəticəsində göldə boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

0.073437929153442