Azərbaycanın daha bir cüdoçusu Qran-pridə medal qazanıb - YENİLƏNİB + FOTO

Azərbaycan cüdoçusu Elcan Hacıyev Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə uğurlu çıxış edib.

hakimiyyet.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan idmançı üçüncü yer uğrunda israilli Quy Qurevitçə qalib gələrək bürünc medal əldə edib.

Eyni çəkidəki Vüqar Talıbov və Uşangi Kokauri (+100 kq) mükafat eldə edə bilməyiblər.

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq), Səid Mollayi (81 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər. Azərbaycan turnirdə 16 idmançı ilə təmsil olunub.

11:37

Bu gün Azərbaycanın daha üç cüdoçusu Portuqaliyanın Odibelaş şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaq.

hakimiyyet.az-ın məlumatına görə, yarışın sonuncu günündə Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq) və Uşangi Kokauri (+100 kq) tatamiyə çıxacaq.

90 kq.

Elcan Hacıyev - Adam Borçaşvilli (Avstriya)

Vüqar Talıbov - Ali Hazem (Misir)

+100 kq.

Uşangi Kokauri - Munir Ertuq (Türkiyə)

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq), Səid Mollayi (81 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər. Azərbaycan turnirdə 16 idmançı ilə təmsil olunur.

0.075313091278076