İstanbulda kilsəyə silahlı hücum edən hər iki şəxs saxlanılıb - YENİLƏNİB - VİDEO

Türkiyənin İstanbul şəhərindəki “Santa Maria” kilsəsinə silahlı hücum edən hər iki şəxs saxlanılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında məlumat verib.

“Bu səhər “Santa Maria” kilsəsində bazar günü ayini zamanı Tuncer Cihan adlı vətəndaşımızı öldürməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

Hadisəni törədənləri müəyyən edib yaxalayan qəhrəman polislərimizi təbrik edirəm. Həyatını itirən vətəndaşımızın ailəsinə və yaxınlarına bir daha başsağlığı verirəm”, - paylaşımda deyilir.

23:08

Türkiyənin İstanbul şəhərində katolik kilsəsinə silahlı hücumu törədənlərdən biri saxlanılıb.

“Sarıyerdəki “Santa Mariya” kilsəsində bir nəfərin ölümü ilə nəticələnən silahlı hücumla bağlı İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən bir nəfər saxlanılıb”, - deyə məlumatda bildirilib.

Onun şəxsiyyəti açıqlanmayıb.

Mənbə: hurriyet.com

14:17

Türkiyənin İstanbul şəhərində italyan kilsəsi “Santa Maria”ya silahlı hücum olub.

İlkin məlumata görə, hücum zamanı bir nəfər ölüb.

Hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb edilib.

Hələlik insidentin təfərrüatları açıqlanmır.

Mənbə: Haber Global

0.090825796127319