Müğənni Damla: “Şou aləmində dostum yoxdur”

“Şou-biznes aləmində yoxam. Nə bir ad gününə gedirəm, nə hansısa şənliklərə. Hərdən deyirlər ki, oğluna toy eləsən, kim gələcək? Deyirəm, elə gözəl olacaq ki... Guya o toyda məşhurlar olmasa, nə olacaq ki? Mənim bu aləmdə dostum yoxdur, ancaq həmkarlarım var”.

Bu sözləri Lent.az-a açıqlamasında müğənni Damla deyib.

O bildirib ki, heç bir qalmaqalın içində olmaq istəmir:

“Mən nə qul haqqına girmək istəyirəm, nə də kiminləsə qalmaqal arzusundayam. Əlini uzadırsan, qolunu aparırlar. Ona görə hamıdan uzaq, rahat həyat yaşayıram”.

0.089466094970703