Abdülkadir Ömür biznesmen Acun İlıcalının klubuna transfer olmaq üçün Türkiyədən getdi

Ötən həftələrdə Türkiyənin “Trabzonspor” klubunun heyətindən kənarda qalan və məşqlərini komandadan ayrı davam etdirən Abdülkadir Ömürün türkiyəli biznesmen Acun İlıcalının sahibi olduğu Britaniyanın “Hall Siti” komandasına transfer olunacağı öyrənilib.

Hər iki klubun rəsmiləri transferlə bağlı artıq razılığa gəlib. Hazırda futbolçunun transfer qiyməti və növbəti satışdan tələb olunacaq payla bağlı danışıqlar gedir.

24 yaşlı futbolçunun bu gün tibbi müayinədən sonra Britaniya komandası ilə müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, “Trabzonspor”da 211 rəsmi oyuna çıxan Abdülkadir Ömür 25 qol vurub, 36 məhsuldar ötürmə edib.

Mənbə: Haber Global

0.084678173065186