Bakıda azyaşlılar dəm qazından zəhərləniblər

Bakının Sabunçu rayonunda ehtiyyatsızlıqdan iki nəfər zəhərlənib.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, hamam otağında olan 2010-cu il təvəllüdlü Vəfa Sadiq qızı Kərimova və 2009-cu il təvəllüdlü Xədicə Heydər qızı Murtuzova çimərkən dəm qazından zəhərləniblər.

Azyaşlılar yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, X.Murtuzovanın valideynləri uşağı qonşuya müvəqqəti baxmaq üçün veriblər.

0.076792001724243