Meksikada turistləri daşıyan qayıq batıb: Ölənlər var

Meksika sahillərində səyahət edənləri daşıyan gəminin batması nəticəsində biri uşaq olmaqla dörd nəfər həlak olub.

Qeyd olunub ki, hadisə Kankun şəhəri yaxınlığında, turistlərin pis hava şəraitində Muxeres adasından qayıdarkən baş verib. 16 sərnişin üçün nəzərdə tutulmuş qayıqda ümumilikdə 19 nəfərin olduğu məlum olub.

Hadisənin baş vermə səbəbi dəqiq məlum deyil.

İlkin məlumatlara görə, ölənlərin ikisi qadın, biri kişi, daha biri isə 10 yaşlı uşaq olub. Bir körpə uşaq da daxil olmaqla xəsarət alanların vəziyyətləri ağırdır.

Mənbə: ABC

0.094449996948242