Xətai rayonunda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 2003-cü il təvəllüdlü Əkbər Mirzə oğlu Əliyevin idarə etdiyi motosiklet avtomobillə toqquşub. Hadisə zamanı Ə.Əliyev xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.082767009735107