ABŞ-nin ardınca Britaniya da təyyarədaşıyan gəmisini Qırmızı dənizə göndərir

Böyük Britaniya Yəmənin “Ənsar Allah” hərəkatı ilə mübarizə aparmaq məqsədilə iki təyyarədaşıyan gəmisindən birini Qırmızı dənizə göndərməyi düşünür.

Bu açıqlama ilə Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi çıxış edib.

C.Hippinin sözlərinə görə, Britaniya təyyarədaşıyan gəmisi döyüş patrul bölgəsində Amerikanın “Dwight D. Eisenhower” aviadaşıyıcısını əvəz edə bilər.

O əlavə edib ki, ABŞ təyyarədaşıyan gəmisi bölgədə çox qala bilməz, buna görə də Britaniyanın təyyarədaşıyan gəmiləri lazım gəlsə, Amerikanın əvəzinə döyüş patrul xidmətini aparsın.

Mənbə: Daily Telegraph

0.074978113174438