Metronun “Nizami” stansiyasının qarşısındakı acınacaqlı vəziyyət aradan qaldırılıb - FOTO

Paytaxtın Nəsimi rayonu ərazisində dayanacağın qarşısında pərakəndə geyimlər satılır.

hakimiyyet.az xəbər verir ki, bu barədə görüntü sosial şəbəkələrdə paylaşılıb. Söhbət metronun “Nizami” stansiyasının qarşısından gedir. Orada satışa çıxarılan geyim malları ağacdan asılıb.

Məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamentindən hakimiyyet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən fakt aşkarlandıqdan dərhal sonra zəruri tədbirlər görülüb, qanunsuz ticarətin qarşısı alınıb.

Könül Cəfərli

0.098500967025757