Tom Kruz özündən 25 yaş kiçik rusiyalı xanımla görüntüləndi - FOTO

Hollivud aktyoru Tom Kruz rusiyalı Elsina Xayrova ilə bir araya gəlib.  

61 yaşlı aktyor fevralın 3-də Londonda helikopterlə eniş edərkən görüntülənib. Arxa oturacaqda rusiyalı deputatın qızı, brilyant oliqarxının keçmiş arvadı 36 yaşlı Xayrova olub.  

Tom Kruzun bu qadınla münasibətlərinə dair şayiələr ötən ilin dekabrında ortaya çıxıb. Aktyor və keçmiş model Londonda görüşüblər. 

Qeyd edək ki, 2006-cı ilin noyabrında Tom Kruz aktrisa Keti Holms ilə evlənib. Toy İtaliyada olub. Bundan altı ay əvvəl isə sevgililərin Suri adlı qızı dünyaya gəlib. 

Mənbə: gazeta.ru 

0.095905065536499