“Sivil toplum” Monitorinq Koalisiyası 745 seçki məntəqəsində müşahidə aparıb

7 fevral 2024-cü il tarixdə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində “Sivil toplum” Monitorinq Koalisiyasının 613 müşahidəçisi respublika üzrə 63 seçki dairəsini əhatə edən 745 seçki məntəqəsində müşahidə aparıb.

“Report” xəbər verir ki, bunu koalisiyanın həmsədri, “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli seçkinin monitorinqinin nəticələrinə dair brifinqdə deyib.

Q.İbrahimli bildirib ki, koalisiyanın seçki müşahidəçiləri “Sivil toplum” Monitorinq Koalisiyasının tərkibinə daxil olan üç qeyri-hökumət təşkilatından (QHT) formalaşıb:

“Onlardan 217 nəfəri “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin, 215 nəfəri “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin, 181 nəfəri isə “Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin nümayəndələri olub. Müşahidəçilərimiz koalisiyanı seçki günü uğurla təmsil edib, gün ərzində ölkə üzrə seçki dairələrinin yarısından çoxunda müşahidə aparmaqla zəruri qeydlər götürüb”.

Q.İbrahimlinin sözlərinə görə, koalisiyanın müşahidəçiləri azad edilmiş ərazilərdə - Xankəndidə, Şuşada, Laçında, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Xocalıda, Ağdərədə, Xocavənddə, Ağdamda, Füzulidə müşahidələr aparıblar.

0.07717490196228