İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

Dünya Axıska Türkləri Birliyinin baş direktoru Ziyəddin Kassanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Sizi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisində parlaq qələbə qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu böyük zəfər təkcə bir seçkinin nəticəsi deyil. Bu, eyni zamanda ölkənizin demokratiyanın inkişafında mühüm uğurlarını və xalqınızın Sizə etimadını aşkar surətdə nümayiş etdirdi. Seçkinin nəticəsi həm də Azərbaycan xalqının Sizin liderliyiniz ətrafında sıx birləşdiyini və parlaq gələcək üçün inamla irəlilədiyini göstərdi. Bu qələbə Azərbaycanın milli birliyini gücləndirməklə yanaşı, ölkənizin beynəlxalq aləmdəki rolunu daha da artıracaqdır.

Möhtərəm cənab Prezident, Siz hər zaman ölkənizin sabitliyi və inkişafı naminə çalışaraq öz qətiyyətinizlə fərqlənmisiniz. Seçkidəki mühüm qələbəniz münasibətilə Sizi Dünya Axıska Türkləri Birliyi və Azərbaycanda yaşayan yüz min axıska türkü adından ən səmimi hisslərimlə təbrik edir, prezidentliyinizin yeni dövründə Sizə böyük nailiyyətlər, Azərbaycana rifah dolu gələcək arzulayıram”.

Bundan başqa, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul da Prezident İlham Əliyevi təbrik edib.

Təbrik məktubunda deyilir:

“Bütün qaqauz xalqı adından və şəxsən öz adımdan Sizə ehtiramımı bildirirəm və ölkənizin müstəqilliyi dövründə ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçirilən prezident seçkisində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan xalqı tərəfindən Sizə göstərilən bu etimad yüksək peşəkarlığınızın və şəxsi keyfiyyətlərinizin, eləcə də ölkə əhalisi arasında qeyd-şərtsiz nüfuzunuzun təsdiqidir.

Uzun illər ərzində Siz özünüzü Azərbaycan xalqının mədəniyyətini və tarixini, milli maraqlarını qoruyub saxlayaraq, sosial-iqtisadi inkişafı təmin edərək ölkəni mütərəqqi inkişaf yolu ilə irəliyə aparan alicənab və müdrik lider kimi göstərmisiniz. Sizin səyləriniz nəticəsində bu gün Azərbaycan ən inkişaf etmiş ölkələrdən biridir və onun beynəlxalq miqyasda nüfuzu ildən-ilə artır.

Qardaş xalqlarımız arasında münasibətləri yüksək qiymətləndiririk və Qaqauziya Muxtariyyətinə diqqətinizə görə Sizə minnətdarıq. İnanırıq ki, gələcək əməkdaşlığımız müxtəlif birgə layihələrdə öz əksini tapacaq.

Çox hörmətli cənab Prezident, Sizə dərin hörmətimi bildirirəm, möhkəm cansağlığı, tükənməz enerji və yeni uğurlar arzu edirəm. Biz Sizi Qaqauz torpağında görməyə həmişə şad olacağıq.

Sizə və bütün Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm”.

10:04

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasında 2024-cü il fevralın 7-də yüksək səviyyədə keçirilmiş prezident seçkisində inamlı qələbəniz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türk dövlətləri mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram.

Seçkidə Azərbaycan xalqının Sizin namizədliyinizi hərtərəfli dəstəkləməsi ölkənin ərazi bütövlüyünü tam bərpa etmiş və tarixi ədaləti bərqərar etmiş Ali Baş Komandanına və müdrik liderinə sonsuz inamının əyani təzahürüdür.

Zati-alinizin zəngin təcrübəsinin və müdrik siyasətinin yeni dönəmdə də Azərbaycanın tərəqqisinə və xalqın rifahına böyük töhfə verəcəyinə, TÜRKSOY ilə Azərbaycan Respublikası arasındakı məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin daha da genişlənərək inkişaf edəcəyinə inanıram.

Əminəm ki, beynəlxalq TÜRKSOY təşkilatının üzv ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və türk dünyasının ayrılmaz parçası olan Azərbaycanın zəngin mədəniyyətinin dünyada tanıdılması istiqamətində apardığı fəaliyyətlər bundan sonra daha geniş vüsət alacaqdır.

TURKSOY-a diqqətini və dəstəyini əsirgəməyən Zati-alinizi bu mühüm qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram”.

Bundan başqa, 2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini və ədliyyə naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ana Birçal da Prezident İlham Əliyevi təbrik edib.

Təbrik məktubunda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Mən Rumıniyanın Baş nazirinin strateji tərəfdaşlıqlar və xüsusi əlaqələr üzrə müavini vəzifəsində çalışarkən ölkələrimiz arasında güclü strateji tərəfdaşlığın şahidi olmuşam. Sizin liderliyiniz bu münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayıb və əminəm ki, əlaqələrimiz yeni dövrdə də inkişaf etməkdə davam edəcəkdir.

Seçkidəki qələbəniz Azərbaycan xalqının Sizin strategiya və liderliyinizə olan inam və etimadının göstəricisidir. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi inkişaf, beynəlxalq münasibətlər sahələrində mühüm nailiyyətlər əldə etmiş, vətəndaşların firavanlığı daha da yüksəlmiş, ölkənin ərazi bütövlüyü bərpa edilmiş və dünyada nüfuzu artmışdır. Bu nailiyyətlər Sizin ölkənizin tərəqqisinə sadiqliyinizi nümayiş etdirməklə yanaşı, Rumıniya ilə Azərbaycan arasında ortaq əməkdaşlıq ruhuna mühüm töhfə verir.

Gələcəyə baxarkən mən Sizin liderliyinizlə ölkələrimiz arasındakı əməkdaşlıq imkanları barədə nikbin düşünürəm. Rumıniya-Azərbaycan strateji tərəfdaşlığı regionlarımızda sabitlik, tərəqqi və sülh üçün möhkəm zəmindir. Ortaq strateji layihələrimizi daha da inkişaf etdirmək üçün Sizinlə sıx işləməkdə davam etməyə ümidvaram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

0.093689203262329