Şəbnəm Tovuzlu əsəbiləşdi: “Bunları heç bir bəyə yaraşdırmıram”

Müğənni Şəbnəm Tovuzlu plastik əməliyyat etdirən kişilərə münasibət bildirib. 

Axşam.az xəbər verir ki, sənətçi bu haqda proqramların birində danışıb. O, bəzi prosedurları bəylərə yaraşdırmadığını bildirib:

“Salon işlətdiyim üçün bu prosedurları çox yaxşı bilirəm. Bizə bəylər müraciət edir, onlar gözətrafı və alın qırışları üçün botoks etdirirlər. Kıçik qırış varsa, bunu etdirən kişilərə normal baxıram. Qaşqaldırma bəylərə olmaz, yaxşı baxmıram. Şou-biznes nümayəndələri arasında bunu etdirənlər var. Bəy dodaq düzəltdirər? Qaşqaldırma, yanağa botoks və ya dodağa nəsə etdirməyi heç bir bəyə yaraşdırmıram”.

0.1200749874115