Qaluzin: “Qarabağ erməniləri regionu könüllü olaraq tərk ediblər”

“Qarabağ erməniləri bölgəni tərk ediblər. Bu, onların könüllü seçimi idi”.

Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O, həmçinin əlavə edib ki, Rusiya Azərbaycanda konsulluq fəaliyyətini genişləndirməyə çalışır.

“MDB ölkələrində diplomatların işinin spesifikliyi, ilk növbədə, bu ölkələrin çoxəsrlik ümumi tarixi, bir-birimizin adət-ənənələrini dərindən anlaması, ortaq mədəniyyətinin olması və rus dilidir”, - deyə Rusiya XİN rəhbərinin müavini qeyd edib.

0.10369896888733