Qanında virus tapılan Azərbaycan klubunun futbolçusu ölkədən xaric edildi

Azərbaycanda çıxış edən daha bir legionerdə “Hepatit” virusu aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, I Liqada mübarizə aparan “Araz Saatlı”nın müdafiəçisi Tahiru Bahın tibbi analizi neqativ çıxıb.

Aşağı liqanın debütantı ilə mövsümün əvvəlində birillik müqavilə imzalayan nigeriyalıda “Hepatit B” aşkarlandığından, ölkəmizdən ayrılmalı olub.

Anoloji hadisənin daha öncə “Kəpəz”də baş verməsini xatırladaq. Nigeriyalı hücumçu Abdulla Şuaybu eyni problemə görə ötən ilin sentyabrında Azərbaycanı tərk edib.

0.070188045501709