Cəlilabadda şagird məktəb yoldaşı tərəfindən bıçaqlanıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

İqtisadiyyat.az-ın məlumatına görə, hadisə Cəlilabad şəhəri Vaqif küçəsində qeydə alınıb. 

Belə ki, təcili tibbi yardım briqadasına küçədə yıxılıb qalan şəxs haqqında məlumat verilib.

Təcili tibbi yardım avtomobili ilə yeniyetmə 2008-cı il təvəllüdlü H.B ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

Onun qarın boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yarası və kürək nahiyəsindən kəsilmiş deşilmiş yarası xəsarətləri aldığı məlum olub. 

Aparılan araşdırmalarla həmin xəsarətlərin ona Cəlilabad şəhəri ərazisində digər bir məktəbli tərəfindən yetirildiyi müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü digər bir məktəbli müəyyən edilərək saxlanılıb. 

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məktəblilərin Cəlilabad şəhər 4 saylı tam orta məktəbinin 9-cu sinfinin paralel şagirdləri olduğu bildirilir.

0.099472999572754