“Qarabağ” - “Braqa” oyununa 15 min bilet satıldı

“Qarabağ” - “Braqa” oyununa 15 min bilet satılıb.

Bununla bağlı “Qarabağ” FK rəsmi “Facebook” hesabında paylaşım edilib.

“UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Braqa” oyununa bilet satışı davam edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır”, - deyə paylaşımda qeyd edilib.

0.075226068496704