Rüşvət alarkən tutulan məmura HÖKM OXUNDU

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəis müavini, Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, A.Hüseynov təkrar külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Hüseynov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı cinayət başında yaxalanıb.

İttihama görə, Hüseynov saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması müqabilində vətəndaşlardan rüşvət alıb.

0.2159252166748