Azərbaycanın tütün idxalına çəkdiyi xərc 40% azalıb

Ötən ay Azərbaycan 8,2 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabat dövründə ölkənin tütün idxalı xərcləri ötən ilin eyni ayı ilə müqayisədə 40,2% azdır.

Əlavə edək ki, bu dövrdə tütün idxalı Azərbaycanın ümumi idxalının 0,73%-ni təşkil edib.

1.9002029895782