Zendaya məşhur filmin qalasında geyimi ilə hər kəsi təəccübləndirdi - FOTO/VİDEO

ABŞ-li aktrisa, müğənni, rəqqasə və model Zendaya Londonda (Britaniya) keçirilən “Dune: Part Two” filminin qala gecəsinə seçdiyi geyimi ilə bütün diqqətləri üzərində cəmləməyi bacarıb.

Belə ki, 27 yaşlı aktrisa sinə, qarın, kürək, omba və qollarında kəsiklər olan metal paltarda tədbirə qatılıb. Onun üslubunu uzun dırnaqlı əlcəklər və hündür platforma ayaqqabılar tamamlayıb. Mavi daşlarla bəzədilmiş gümüş boyunbağı da nəzərlərdən yayınmayıb.

Məlumata görə, kostyum “Thierry Mugler” brendi tərəfindən hazırlanıb və ilk dəfə 1995-ci ildə təqdim edilib.

0.065337896347046