İtaliya A seriyasında 26-cı turun oyunları keçirilir.
Paytaxt Romada şəhərin eyniadlı komandası “Torino”nu qəbul edib.
“Canavar”lar Dibalanın het-triki (42 pen, 57, 69) sayəsində qalib gəliblər. Qonaqların gücü bu qollardan ikisinin əvəzini çıxmağa çatıb. Zapata (44) qola, Höysen (89 avtoqol) isə avtoqola imza atıb - 3:2.
Bu nəticədən sonra “Roma” 44 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
“Torino” isə 36 xalla 10-cudur.