Luis Rubialesin dodağından öpdüyü kapitan danışdı

İspaniya yığmasının kapitanı Cennifer Ermoso İspaniya Kral Futbol Federasiyasının keçmiş rəhbəri Luis Rubialeslə öpüşməsinin nəticələrindən danışıb.

“Mən bunu heç vaxt başa düşə bilməyəcəyəm, məni o vaxt da incitmişdi, elə indi də incidir”, - deyə futbolçu bildirib.

O, bu hadisənin onu çox dəyişdiyini və daha da güclü etdiyini vurğulayıb. Ermoso əlavə etdi ki, bu, gələcəkdə onun başına heç vaxt gəlməyəcək.

Xatırladaq ki, İspaniya yığmasının İngiltərə yığmasına qalib gəldiyi (1:0) DÇ-2023-ün finalından sonra keçirilən mükafatlandırma mərasimində millinin qələbəsinə sevinən Luis Rubiales Ermosonu qucaqlayıb və dodaqlarından öpmüşdü. Rubialesin davranışı qalmaqala səbəb olmuş və o, İspaniya futbol federasiyasının rəhbəri vəzifəsindən, eləcə də Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) vitse-prezidenti vəzifəsindən istefa verməyə məcbur olmuşdu.

Mənbə: Gazeta.ru

0.056351184844971